Menu

Türkiyə Kuboku: "Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazanıb

20.04.2022, 00:40
Türkiyə Kuboku: "Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazanıb

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. "Report"un məlumatına görə, "Medical Park" stadionunda "Trabzonspor" "Kayserispor"u qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.

Digər yarımfinalda "Alanyaspor" "Sivasspor"u qəbul edəcək. Oyun aprelin 20-də olacaq.

Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol