Menu

Xarkov ətrafında Rusiyanın bir yüksək rütbəli zabiti ölüb - İkisi ağır yaralanıb

20.04.2022, 15:09
Xarkov ətrafında Rusiyanın bir yüksək rütbəli zabiti ölüb - İkisi ağır yaralanıb

Ukraynanın Xarkov vilayəti istiqamətində gedən döyüşlər nəticəsində Rusiya ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi ağır yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Om” TV-nin əməkdaşı Roman Tsımbalyuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın Moskva vilayətinin Kalininets şəhərində yerləşən 23 626 saylı 2-ci motoatısı diviziyanın komandirinin müavini polkovnik-leytenant Andrey Smirnov, həmin diviziyanın 31 134 saylı 15-ci motoatcı alayının komandiri polkovnik Xaritonov ağır yaralanıblar:

"Kalininetsdə dislokasiya olunan 2-ci motoatıcı divziyanın 31 135 saylı 1-ci motoatıcı alayının komandiri polkovnik-leytenant Deins Mejuyev ölüb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol