Menu

İcbari Sığorta Bürosu haker hücumlarına dair açıqlama yayıb

21.04.2022, 12:12
İcbari Sığorta Bürosu haker hücumlarına dair açıqlama yayıb

İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Bu barədə Büronun haker hücumları ilə bağlı son günlər yayılmış məlumatlara dair açıqlamasında bildirilir.

"Sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilir. Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə qurum bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol