Ukrayna Ordusunun 93-cü briqadasının hərbçiləri Rusiyaya aid SU-34 hərbi təyyarəsini vurub.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, jurnalist Andrey Tsiplenko təyyarənin Xarkov yaxınlığındakı İzyum şəhəri istiqamətində vurulduğunu bildirib və öz teleqram kanalında bununla bağlı video paylaşıb.
Məlumatda deyilir ki, vurulan təyyarə hazırda işğalçıların yerləşdiyi əraziyə düşüb. Qeyd edək ki, rus ordusu məhz bu istiqamətdən hücum cəhdlərini davam etdirir.
“AzPolitika.info”

Şərhlər