Menu

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

21.04.2022, 17:22
AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq.

"Report"un məlumatına görə, bu barədə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.

Funksioner bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq.

Qeyd edək ki, hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-da fəaliyyətə başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol