Menu

"Qaşıqçı işi üzrə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək” - Bəkir Bozdağ

21.04.2022, 18:44
"Qaşıqçı işi üzrə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək” - Bəkir Bozdağ

Jurnalist Camal Qaşıqçı işi üzrə məhkəmənin dayandırılması ilə bağlı qərar qəbul edilməyib.

APA-nın yerli müxbiri xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

O qeyd edib ki, iş üzrə yurisdiksiyanın başqa ölkəyə ötürülməsindən söhbət getmir, sadəcə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək.

Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci ilin oktyabr ayının 2-də Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda ona lazım olan sənədləri götürməyə getdiyi zaman qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol