Qərbin Ukraynaya verdiyi hərbi avadanlıq müharibəni bu ölkənin xeyrinə dəyişə, Rusiyanın Donbasdakı hücumunu dayandıra bilərmi?
Britaniyanın Mühafizəkarlar Partiyasının keçmiş təhlükəsizlik müşaviri, "Article7" konsultasiya qrupunun baş icraçı direktoru Qarvan Vəlş Ukraynanın almalı olduğu silahları tam əldə etmədiyini deyir.
O, "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, Ukrayna ordusu avadanlıqdan inanılmaz effektli istifadə edir. Onun sözlərinə görə, yüksək əhval-ruhiyyədə, yaxşı təlim görmüş əsgərləri var, Rusiyanın da xeyli avadanlığını ələ keçirərək təzədən işlədirlər.
"Ancaq həqiqətən də, Qərbin dəstəyi çox aşağı oldu. Tələb olunan miqyasda olmadı. Qərb Rusiyanın taktikasını, motivasiyasını yanlış dəyərləndirib. Rusiya aydın şəkildə zəfər müharibəsi istəyir. Bunu Buçada və digər yerlərdə qətliamlardan görürük. Qərb gerçəkdən Ukraynaya mümkün olan hər şeyi verməlidir ki, onlar bu aşırı aqressiv hərbi əməliyyatla vuruşa bilsinlər, rusiyalıları tutduqları ərazilərdən çıxarsınlar”,-o qeyd edib.
Qərb Ukraynaya nəyi nisbətən tez çatdıra bilər?
Təhlilçi yeni artilleriyanı çox faydalı sayır: “Adamlara bununla bağlı sürətlə təlim keçmək olar. Onlara Qərbdə olan, Rusiyada olmayan çox müasir artilleriya topları vermək olar. Bu, artilleriyanın gücünü xeyli artırar. Ukraynanın atəş radarı ola bilər, onlar rusiyalıların artilleriya atəşini aşkarlayaraq onu dərhal məhv edə bilərlər. Amma onlara bunlardan çox çatdırmaq lazımdır”.
Eekspert çox ağır döyüşdə Ukraynaya dəhşət çox sursat gərəkəcəyini vurğulayır: “Onlara həm sovet dövrü artilleriyası, həm də Qərb artilleriyası üçün çoxlu sursat lazım olacaq, bu mərmilərin ölçüləri azacıq fərqlidir”.
"AzPolitika.info"


Şərhlər