Menu

Prokuror hüquq müdafiəçisinə 8 il iş istədi

04.11.2014, 17:17
Prokuror hüquq müdafiəçisinə 8 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rasim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Rasim Əlizadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası noyabrın 6-da davam etdiriləcək.

Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol