Menu

Rusiya MN “Moskva” raket kreyserində ölən və itkin düşənlərin sayını açıqlayıb

22.04.2022, 23:37
Rusiya MN “Moskva” raket kreyserində ölən və itkin düşənlərin sayını açıqlayıb

Rusiyanın “Moskva” raket kreyserində aprelin 13-də baş vermiş yanğın nəticəsində bir hərbçi ölüb, daha 27 ekipaj üzvü itkin düşmüş sayılır.

"Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

"Aprelin 13-də baş vermiş yanğın nəticəsində "Moskva" raket kreyseri döyüş sursatının partlaması nəticəsində ciddi zədələnib. Ekipajın yanğını söndürmək cəhdləri nəticə verməyib. 396 nəfər kreyserdən ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib və Sevastopola təhvil verilib”, - məlumatda deyilir.

Şərhlər

Oxucu. 2022-04-23 11:07:46

Az.Politka gərək məni bağışlayasınız,mən bir neçə mənbədən öyrəndim sizin yazdığınız düzdür,bir daha buna görə məni üzürli sayasınız,birdə yaxşı olarki belə məlumatları bizim bütün saitlar eyni ilə paylaşsın bu daha inamlı olar,Axar.az və digərləri.

Oxucu. 2022-04-23 10:52:59

Az.politka bütün saitlər yazırki,27 nəfər yaralanıb,siz isə fərqli yazırsız,özünüz bilərsiz amma bu saita içi mən olmaqla çox oxucular inanır,istərdim bu inamlar hər zaman qalsın,düzdür burda faciyə axtarmaq mənasızdır amma yenədə doğru hansıdırsa onu demək yaxşıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol