Menu

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

23.04.2022, 13:24
Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb və bu səbəbdən sərnişinlər "28 may" stansiyasında qatardan düşürülüb.

"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra köməkçi qatar xəttə buraxılıb: "Təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb. Qatar xəttdən çıxarılır, buna görə də xəttdə 10-12 dəqiqə yubanma yaranıb. Amma qatarlararası interval qorunub saxlanılır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol