Menu

"Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük” - Yelena Zelenskaya

23.04.2022, 15:13
"Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük” - Yelena Zelenskaya

“İndiyədək 973 ukraynalı uşaq Türkiyəyə təxliyə edilib”.

“Report” xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Anadolu”ya müsahibəsində deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla müharibədən əvvəl başlanan dostluğumuz indi daha da güclənib. Uşaqlarımız üçün təhlükəsiz yer axtaranda Türkiyə ən çox üstünlük verdiyimiz ölkələrdən oldu. Bizə bu mövzuda kömək etməsi üçün Əminə xanıma müraciət etdim. Nəticədə Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol