Menu

RUSİYA XƏZƏRDƏN ODESSAYA HAVA ZƏRBƏLƏRİ ENDİRİB - VİDEO

24.04.2022, 00:26
RUSİYA XƏZƏRDƏN ODESSAYA HAVA ZƏRBƏLƏRİ ENDİRİB - VİDEO

Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb. "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.

Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub. Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb.

Şərhlər

Vaqif 2022-04-24 12:31:50

Rusiyanın Ukraynaya qarşı apardığı siyasət, ermənilərin Azərbaycana qarşı apardığı siyasətlə demək olar ki, çox oxşardır. Bütün törədilən vəhşiliklər, mülki əhalinin məhv edilməsi, qoyulan tələblər, danışıqların manevrləri və s. simasızlıqlar buna əyani sübutdur. Görəsən bu kökü kəsilməli rusun məhvini görmək bizə qismət olacaqmı?

musa 2022-04-23 22:19:17

RF-nın bir dövlət kimi nə mənliyi var nə də ləyaqəti . həmişə olduğu kimi mənəviyyatsız bir dövlət olduğunu ortaya qoydu .

t.ədalət 2022-04-23 19:14:27

Belə çıxır ki,Rusiya Xəzər dənizini də müharibəyə qatıb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol