Menu

"İLHAM ƏLİYEV HƏMİŞƏ UKRAYNANI DƏSTƏKLƏYİB VƏ DƏSTƏKLƏYİR" - "Azərbaycanın Ukraynaya silah yardımı etməsi..." + VİDEO

23.04.2022, 23:32
"İLHAM ƏLİYEV HƏMİŞƏ UKRAYNANI DƏSTƏKLƏYİB VƏ DƏSTƏKLƏYİR" - "Azərbaycanın Ukraynaya silah yardımı etməsi..." + VİDEO

“Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”.

Bunu “Report”un Şərqi Avropa bürosunun müxbirinin sualını cavablandırarkən Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Bakı indiyədək Ukraynaya humanitar, tibbi yardımlar göndərib:

“Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.


Şərhlər

Türk Turan 2022-04-24 00:41:39

Ukraynadan sonra əsas hədəf Avropadır. Ona görə də zelenski yardımları daha çox onlardan istəməlidir. Ancaq bu da həqiqətdir ki, biz də əlimizdən gələn qədər Ukraynaya kömək etməliyik.

Vuqar Memmed.oglu 2022-04-23 23:47:53

Ukrayna Rusiyadan çox-çox etibarlı və lazımlı dost ölkədir BİZƏ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol