Menu

Malidə silahlılar hökumət qoşunlarının üç düşərgəsinə hücum edib

24.04.2022, 16:25
Malidə silahlılar hökumət qoşunlarının üç düşərgəsinə hücum edib

Malinin mərkəzində silahlı şəxslər hökumət qoşunlarının üç düşərgəsinə hücum ediblər. “Report” xəbər verir ki, bu barədə məlumat Mali ordusunun tviter səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, Mali hökumət ordusunun Sevare, Nyono və Bafo yaşayış məntəqələrindəki düşərgələri eyni vaxtda terror hücumuna məruz qalıb.

Sevare şəhərində (Mopti bölgəsi) silahlılar partlayıcı qurğulardan istifadə etməklə iki dəfə terror aktı həyata keçirib və hərbçilərə atəş açıblar. Mali ordusu hücumun qarşısını dəf edib. Hələlik itkilər barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol