Dünya əhalisi, gələcək 35 il ərzində radikal bir qidalanma dəyişikliyinə gedə bilər.
Bu ehtimalın ortaya çıxmasına səbəb isə, “2050-də dünya ac qala bilər” iddiasını ortaya atan bir hesabatdır. ABŞ-ın “Global Harvest İnitiative” adlı təşkilatının hazırladığı hesabata görə, qlobal qida istehsalı qarşıdakı illərdə əhalinin artım sürətinə çata bilməyəcək.
Hesabat, 2050-də 9 milyardı keçməsi gözlənilən dünya əhalisini doyura bilmək üçün, kənd təsərrüfatı məhsularının və qida istehsalının 60% artmasının tələb olunduğuna işarə edib. Ancaq iqlim dəyişikliyi və hər il azalan əkin sahələri səbəbləri ilə bu artımın təmin ediləcəyi real deyil.
ÇIXIŞ YOLU BÖCƏK YEMƏKDİR
Bu nöqtədə, bir plan ortaya atıla bilər. Bu plan, söz mövzusu hesabat üzərində işləyən “Euromonitor International”a aiddir. Təşkilata görə, ac qalma ehtimalı olan dünya əhalisi üçün alternativ plan böcək yeməkdir. İnkişaf etməkdə olan ölkələrdə 2014-2030-cu illər illəri arasında ət istehlakının 87% nisbətində artacağını qeyd edən təşkilat, böcək istehlak etmənin qlobal qida ehtiyacını qarşılanması üçün tutarlı bir addım olacağı fikirindədir. Təşkilat, böcəklərin Cənubi Amerika, Asiya və Afrika qitələrində çox seçilən bir qida variantı olduğunun da vurğulayır. /"Marja"


Şərhlər