Menu

UEFA Gənclər Liqasının qalibi bəlli olub

25.04.2022, 23:42
UEFA Gənclər Liqasının qalibi bəlli olub

UEFA Gənclər Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən finalda oyununda Asvtriya "Zaltsburq"unu 6:0 hesabı ilə darmadağın edən Portuqaliya "Benfika"sı 4-cü cəhdində titula sahib çıxıb.

Hesabı 2-ci dəqiqədə Martim Neto açıb. 15-ci dəqiqədə Enrike Araujo fərqi artırıb. 53-cü dəqiqədə Şer N Dur 3-cü topu rəqibin qapısından keçirib. 57-ci dəqiqədə Araujo özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 69-cu dəqiqədə Luiş Semedu Avstriya təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 89-cu dəqiqədə Araujo qoyub. Penaltidən fərqlənən 20 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, "Benfika" və "Zaltsburq" 2017-ci ildə də Gənclər Liqasının finalında qarşılaşıb. Həmin oyunda Portuqaliya təmsilçisi 1:2 hesabı ilə uduzub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol