Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.


Şərhlər
Yenə Bayram namazının vaxt bölgüsü Sünni-şiə bölgüsünə parçalandı.Allahşükürpaşazadə nə vaxta kimi İran qaydaları ilə işləyəcək?Qarabağ müharibəsində "şiəçilik pəhləvanı" İran ermənilər yanında,sünni deyilən Türkiyə isə bizim yanımızda dayandı.Daha bundan ötə nə olmalıdır ki, şiəçilər İslam dininə riayət etsinlər?Peyğəmbər (s.a.s.) deyirdi ki,özümdən sonra iki əmanət qoyub gedirəm:Quran və Əhli-Beyt.Burda məzhəbçilikdən heç nə deyilmir.Bəlkə,İran erməniçiliyinə" son qoymağın vaxtı çatıb?