Menu

ƏFV HAZIRLIQLARI BAŞLADI - Bu gün 100-dən çox müraciətə baxılıb (Yenilənib)

26.04.2022, 18:34
ƏFV HAZIRLIQLARI BAŞLADI - Bu gün 100-dən çox müraciətə baxılıb (Yenilənib)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Əfv Məsələləri Komissiyasının növbəti iclası aprelin 29-da keçiriləcək.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Şərhlər

t.ədalət 2022-04-27 10:50:51

ƏFV onda doğru olar ki,məhkəmə və prokurorluqların rəyləri nəzərə alınmadan həyata keçirilsin.Kiminsə adını əfv dəftərinə salmaq üçün rüşvət almağa ehtiyac qalmaz.

miri 2022-04-26 19:53:42

Bu cətin vaxtda ümuməhv tətbiq etmək, qatı cinayətkarlardan başqa hamını kicik həbsxanadan buraxmaq lazımdır. Həm dövlətin məsrəfləri azalar, həmdə həmin adamlar iş tapmasalar da bəziləri fərdi təsərrüfatları ilə məşgul olar. Ən əsas olan gələcək nəsilin yetişməsində vacib faktor olan tamamlanmış ailədə öz faydasını verər.

Veteran 2022-04-26 10:30:14

Qızıl aministiya elan etmək lazımdır.Qatı cinayəkarlardan başqa hamını azadlığa buraxmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol