Menu

Birjalarda qızıl bahalaşıb

26.04.2022, 11:57
Birjalarda qızıl bahalaşıb

Yüksək tələbin saxlanması qızılı bahalaşdırıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,47%, yaxud 8,9 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 904,9 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,72% artaraq, 1 unsiyası 23,84 ABŞ dolları təşkil edib.

Analitiklər hesab edirlər ki, Ukraynada davam edən müharibə fonunda inflyasiya hedci və etibarlı aktiv kimi qızıla olan yüksək tələb saxlanıla bilər.

Bununla belə, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması qiymətli metalın qiymətinin artmasının qarşısını ala bilməsə də, bir qədər ləngidə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol