Menu

Rusiyada uşaq bağçasına silahlı hücum olub - 4 nəfər ölüb

26.04.2022, 14:51
Rusiyada uşaq bağçasına silahlı hücum olub - 4 nəfər ölüb

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasına silahlı hücum olub, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, əli silahlı bir nəfər uşaq bağçasında ətrafa atəş açıb. Hadisə nəticəsində 1 tərbiyəçi, 2 uşaq ölüb.

Həmin şəxs hadisədən sonra özünü güllələyərək intihar edib.

Məlumata görə, olay nəticəsində bir nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol