"Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.
Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: "Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq".
***
Motosiklet sürücüsünü döyən Sultan Dadaşov saxlanılaraq barəsində Cinyayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə ona 25 sutka həbs cəzası verilib.
Yerli mediada yayılan xəbərlərə görə, S.Dadaşov 2022-ci ilin əvvəlinə qədər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. Daha sonra vəzifəsindən uzaqlaşdırılaraq İşlər İdarəsində inzibati xarakterli işə keçirilib. Yolda xuliqanlıq hadisəsindən sonra isə bu işdən də uzaqlaşdırıldığı bildirilir.
Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. “Lexus” markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib. Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirmişdi ki, yayılan görüntülərlə bağlı araşdırma başlanıb.
"AzPolitika.info"

Şərhlər
O motoskletçiyə quduzluğa qarşı vaksin vurulmalıdır, özüdə təcili...heç şübhəsiz bu adam quduzdur və bu xəstəlik motoskletçiyə də keçə bilər...
TALANÇILAR BİZ HƏM ELƏ DÖYÜR HƏM DƏ BELƏ
Bir "parkovşik" təpik atan qadın saxlanılırsa, onda bu məmur da saxlanılmalı deyilmi?
Bunun sir-sifətindən ....... yağır.25 sutka ərzində batırdığını ona yaladarlar.
Bele adamın cavabı 25 sutka yox elini qolunu baxlayıb vermek lazımdır o jadıb motoslklet sürenin eline o ds bunu o ki var istediyi qeder döymelidir.Qudurmuşların cezası bele olmalıdır.Hem işlediyi teşkilatı biabır edir hem de beleleri millete şekedir.