Menu

“Dünyanın hərbi xərcləri ilk dəfə 2 trilyon dolları adlayıb” - SIPRI

26.04.2022, 20:22
“Dünyanın hərbi xərcləri ilk dəfə 2 trilyon dolları adlayıb” - SIPRI

Dünya ölkələrinin hərbi xərcləri ötən ilin yekunlarına görə, rekord olaraq 2 trilyon dolları adlayıb və 2 trilyon 113 milyard dollara çatıb.

Bu, Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutunun (SIPRI) hesabatından görünür.

2021-ci ildə nəhəng müdafiə büdcəsinə malik olan 5 dövlətin siyahısı aşağıdakı kimidir: ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya. Onların payına ümumilikdə, dünyanın hərbi xərclərinin 62 faizi düşür («PRAYM»).

Bu zaman, hesabatda qeyd olunur ki, Rusiya özünün hərbi xərclərini 2021-ci ildə 2,9 faiz artırıb (65,9 milyard dollara qədər) və öz gücünü Ukrayna sərhədi boyunca maksimuma çatdırıb. «Bu, artımın ardıcıl olaraq 3-cü ili olub və Rusiyanın hərbi xərcləri 2021-ci ildə ÜDM-in 4 faizinə çatıb» - SIPRI-də qeyd ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol