Menu

Yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna bilər

26.04.2022, 19:35
Yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna bilər

“Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır: “Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq faəliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.

Şərhlər

qaraguruh 2022-04-26 23:20:31

məktəblərdə rüşvəti leqallaşdırdın cənab..oy ancaq demə ki biz gerizəkalıyıq siz hamıdan ağıllısınız yaşıyıb görəcəyiz

Mühəndis 2022-04-26 23:03:34

Nəgər Azəraycan kimi neft,qaz,filiz,qızıl və sairə imkamları olan ölkə uşaqlarına pulsuz təhsil verə bilmir?

Ədalət 2022-04-26 21:12:54

Rüşvəti qanuniləşdirirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol