Menu

Ramazan ayının iyirmi altıncı gününün imsak, iftar və namaz vaxtları - FOTO

27.04.2022, 00:30
Ramazan ayının iyirmi altıncı gününün imsak, iftar və namaz vaxtları - FOTO

Bu gün Ramazan ayının iyirmi altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də imsak vaxtı saat 04:12-də, iftar vaxtı isə 19:46-dadır.

Aprelin 27-si üçün namaz vaxtları:

Sübh azanı 04:17

Günorta (Zöhr) azanı 12:38

İlkindi (Əsr) azanı 17:30

Axşam (Məğrib) azanı 19:46

Gecə ( Yatsı və ya İşa) azanı 20:55

İyirmi altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!”

Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol