“Qazprom”un Aİ-yə üzv bəzi ölkələrə qaz tədarükünü kəsmək qərarı Rusiyanın növbəti birtərəfli aqressiv addımıdır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşım edib.
O, Polşa Baş naziri Mateuş Moravietski və Bolqarıstan Baş naziri Kiril Petkov ilə əlaqədə olduqlarını bildirib: “Biz, Aİ vahid qalacağıq və Rusiyanın enerji idxalını tədricən dayandırarkən bir-birimizi dəstəkləyəcəyik”.


Şərhlər