Menu

"Hazırladığımız vaksin və sprey ÜST-ün siyahısına daxil edilib" - AMEA

27.04.2022, 15:24
"Hazırladığımız vaksin və sprey ÜST-ün siyahısına daxil edilib" - AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı vaksin və sprey Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısına daxil edilib.

"Report" xəbər verir ki, bu barədə Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova deyib.

Vitse-prezident COVID-19 ilə bağlı fəaliyyətlərdən danışaraq AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı bir neçə vaksin və spreyin hazırlandığını və ÜST-ün siyahısına daxil edildiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol