Menu

Gəncədə fəhlənin əlində partlayıcı qurğu partlayıb

27.04.2022, 17:19
Gəncədə fəhlənin əlində partlayıcı qurğu partlayıb

Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Tekstilni" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol