Menu

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

27.04.2022, 18:50
İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti qərar qəbul edib.

Ölkə, o cümlədən Rusiyadan kömür idxalına qadağa qoyub.

"Yeni məhdudlaşdırıcı tədbirlərə malların tədarükünə qarşı geniş sanksiyalar, o cümlədən kömürün, habelə Rusiya üçün mühüm gəlir mənbəyi olan malların (taxta, sement, dəniz məhsulları, kürü) idxalına qadağa daxildir", - qərarda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol