Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.
Bu barədə "Report"a onun vəkili Telman Abdıyev bildirib.
O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Şərhlər
Bölgələrin də öz Ata Abdullayevləri qalmaqdadır. Onlar hakimiyyət nümayəndələrini, idarə müəssisə rəhbərlərini təhdid edir, qorxuzur, şantaj edir, şərləməklə hədələyir və pul qoparırlar. Hərəsinin də You Tubedə bir səhifəsi var və onunla beləcə iyrənc yollarla pul qazanırlar. Onlar həyatda İH başçılarına da " ilişirlər" Kimsə buna bir don qoyacaqmı?