Menu

Ərdoğan və Putin telefonla danışıblar

28.04.2022, 14:50
Ərdoğan və Putin telefonla danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb və Rusiyanın dövlət başçısını soyuqqanlı qərarlar verməyə çağırıb.

O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol