Menu

Həbsdəki generallar Prezidentdən əfv istəyir - "Peşimanıq..."

28.04.2022, 18:14
Həbsdəki generallar Prezidentdən əfv istəyir - "Peşimanıq..."

Hazırda 9 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general Elçin Quliyev və nazirliyin Monitorinq Mərkəzinin rəisi olmuş general Teymur Quliyev Prezident İlham Əliyevə əfv ərizəsi ilə müraciət ediblər.

Əfv ərizəsində hər iki şəxs törətdiyi əməllərindən peşimançılıq hissi keçirdiklərini, çəkdikləri cəzanın nəzərə alınmasını və azadlığa buraxılmalarını xahiş ediblər.

Qeyd edək ki, hər iki general sabiq nazir Eldar Mahmudovun dövründə nazirlikdə formalaşan mütəşəkkil cinayətkar dəstənin əsas simalarından olub. (Gununsesi.info)

Şərhlər

Seyid ƏNHU 2022-04-28 22:35:11

BUNLARIN ƏVF EDİLMƏSİ İLAHİ ƏDALƏTƏ ZİDDİR VƏ ƏDALƏT ANLAYIŞININ AŞAĞILANMASIDIR.

rasim quliyev 2022-04-28 20:33:21

Ne qeder aileni bedbext elediz .Indi de timsahin gozyaslarini tokursuz.

Eli 2022-04-28 20:00:34

Bunlar elbette efv olunmalıdırlar,axı millet ve Dövlet qarşısında “tarixi xidmetler” gösteribler,xüsusen Qarabağ döyüşkeri zamanı Eldar Mahmudıv başqa olnawka

Ramo 2022-04-28 19:59:33

Həə, belə-belə işlər!...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol