Menu

Qondarma qurumlar parad keçirməyə qorxdular

28.04.2022, 21:40
Qondarma qurumlar parad keçirməyə qorxdular

Qondarma Donetsk respublikası hər il keçirdiyi 9 may “qələbə paradı”nı bu il keçirməyəcək.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Rusiyanın “Meduza” portalı məlumat yayıb.

Məlumatda deyilir ki, qondarma qurumun rəhbəri Denis Puşilin təhlükəsizlik baxımından parad keçirilməsinin doğru olmadığını bildirib və onun təxirə salınmasına qərar verib.

Separatçıların başçısı deyib ki, əhalinin kütləvi toplaşdığı əraziyə zərbələr endirilə bilər.

Qeyd edək ki, bundan öncə hazırda işğal altında olan Ukrayna şəhərlərində 9 may paradının planlaşdırıldığı barədə məlumat yayılıb. İşğalçı qüvvələr həmin şəhərlərdə əhalini parada çıxmağa təşviq etsələr də, müsbət cavab almırlar. Əksinə, Xerson şəhərində yerli əhali işğalçılara qarşı tez-tez kütləvi aksiyalar keçirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol