Menu

"Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır" - Quterreş

29.04.2022, 09:12
"Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır" - Quterreş

Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

“BMT-nin dəyərlərindən biri ərazi bütövlüyünə hörmətdir. Bu əsasdır”, - o, cümə axşamı Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirdiyi brifinqdə vurğulayıb.

Baş katib həmçinin etiraf edib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli üçün əlindən gələn hər şeyi edə bilməyib.

“Biz təslim olmayacağıq. Biz güc tətbiq etməyə qarşı mübarizə aparacağıq”, - Quterreş vuğulayıb.

Şərhlər

Oxucu. 2022-04-29 11:14:11

Şükür Allaha,sən demə jek müdirlərində səsi çıxarmış? Bəs İraka,Əfqanıstana,Süryəyə və digər dövlətlərə ABŞ girəndə görəsən bu jek müdirləri hada idilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol