Menu

"Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə sığorta ödənişi veriləcək

29.04.2022, 10:10
"Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə sığorta ödənişi veriləcək

"Azərsun Holdinq" MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.

Bunu "Report"a holdinqə məxsus, Parkın sığorta olunduğu "Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.

Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kv.m-lik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.

Şərhlər

Oxuyucu 2022-04-29 10:57:12

Siğorta şirkəti də özlərinindir və geniş baxanda zərərçəkən özü özünə siğorta ödənişi edir. Multfilm :))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol