Menu

Britaniya Ukraynaya hərbi cinayətləri araşdırmaq üçün mütəxəssis göndərəcək

29.04.2022, 13:03
Britaniya Ukraynaya hərbi cinayətləri araşdırmaq üçün mütəxəssis göndərəcək

Britaniya Rusiyanın hərbi müdaxiləsi nəticəsində törədilən hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya may ayında mütəxəssislər göndərəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı aprelin 29-da Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, onlar Ukrayna hakimiyyətinə yardım etmək məqsədilə döyüş bölgələrində hüquq və qanun pozuntularına, ukraynalı əsirlərə və sakinlərə rusiyalı hərbçilərin verdiyi işgəncələrə və s. məsələlərə dair materiallar toplayacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol