Menu

Kabildə məsciddə partlayış olub - 50-yə yaxın insan ölüb

29.04.2022, 21:34
Kabildə məsciddə partlayış olub - 50-yə yaxın insan ölüb

Əfqanstanın paytaxtı Kabildə məsciddə partlayış olub.

APA “Reuters“ə istinadla xəbər verir ki, hadisə nəticəsində 50-dək insan ölüb.

Əfqanıstan mətbuatının verdiyi məlumata görə, partlayış Dar-ül-Aman küçəsi yaxınlığındakı Xəlifə Sahib məscidində namazdan sonra baş verib.

Taliban hərəkatının yaratdığı müvəqqəti hökumət partlayışı pisləyib.

Qeyd olunub ki, müqəddəs Ramazan ayında bu cür hadisənin baş verməsi yolverilməzdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol