Menu

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini AZAD EDİB

29.04.2022, 22:06
Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini AZAD EDİB

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Momotovo qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Məlumatı UNIAN yayıb.

Bildirilib ki, hazırda qəsəbə Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.

Momotovo daha əvvəl bildirildiyi kimi, Kutuzovka ilə birlikdə azad edilib. Qəsəbə Xarkovdan 6 kilometr aralıda yerləşir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini Rusiya hərbçilərindən azad edib./Teleqraf.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol