Menu

Fransa Fələstini tanıyacaq

05.11.2014, 09:15
Fransa Fələstini tanıyacaq

Rəsmi Parisin hədəfi Yaxın Şərqdə insidentləri sonlandırmaqdır

Fransada hakimiyyətdə olan sosialist partiyanın millət vəkilləri Fələstinin dövlət kimi tanınmasını Məclisdə müzakirəyə çıxarmağa hazırlaşırlar. Bu barədə “France24” kanalı xəbər yayıb. Xəbərə görə, bu addımla rəsmi Parisin hədəfi Yaxın Şərqdə tərəflər arasında davam edən insidentləri sonlandırmaqdır. Bundan sonra Senatın da müvafiq addımı ataraq Fələstinin tanınması layihəsinə dəstək verməsi gözlənilir.

Bu gün Fransa xarici işlər naziri Loren Fabiusun təklifi hazırlayan millət vəkilləri ilə görüşü planlaşdırılır. Fabius daha əvvəl də verdiyi açıqlamalarla Fələstini dövlət kimi tanıya biləcəklərini bəyan etmişdi.

Məsələnin gələn həftə Məclisin plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılsa da bu istiqamətdə qərar qəbul edilməsi yaxın vaxtlarda gözlənilmir. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol