"Naftoqaz" "Qazprom"un hesabına 1,45 milyard dollar köçürüb
Ukrayna Rusiyaya qaz borcunun bir hissəsini ödəyib.
ANS PRESS RİA Novosti agentliyinə istinadən məlumatına görə, Ukraynanın qaz paylayıcı şirkəti olan "Naftoqaz" "Qazprom"un hesabına 1,45 milyard dollar köçürüb.
Qeyd edək ki, Brüsseldə əldə edilmiş razılaşmalara əsasən, "Naftoqaz" 11,5 milyard kubmetr qaza görə 3,1 milyard dollar ödəməlidir.
Ukrayna şirkətindən verilən açıqlamada bildirilir ki, qaza görə borc üzrə birinci tranş qismində ödəniş edilib. Qalan borc isə ilin sonunadək ödəniləcək.


Şərhlər