Menu

"Səfər Mehdiyev 4 deyil, 14 vətəndaşı qəbul edib" - Dövlət Gömrük Komitəsi

30.04.2022, 13:00
"Səfər Mehdiyev 4 deyil, 14 vətəndaşı qəbul edib" - Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi, qurumun sədri Səfər Mehdiyev ötən gün Xaçmaz rayonunda keçirdiyi vətəndaş qəbulu ilə bağlı açıqlama yayıb.

"Report"un xəbərinə görə, Komitənin sözçüsü Natiq Axundov bildirib ki, qəbul zamanı xəbər saytlarından birinin əlində telefon tutmuş əməkdaşı həqiqətə uyğun olmayan, yanlış məlumat yayıb.

Məlumatda Komitə sədrinin yalnız 4 vətəndaşın müraciətini dinlədikdən sonra qəbulu dayandırdığı, qeydiyyata alınan digər şəxslərin müraciətlərini dinləmədiyi iddia olunub.

"S.Mehdiyev 14 vətəndaşın müraciətlərini dinləyib və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib. Müraciətlərdən 4-ü gömrük məsələləri, digərləri isə gömrük orqanlarında işə qəbulla bağlı olub.

İşə qəbulla bağlı müraciətləri Komitənin İnsan Resursları İdarəsi və digər struktur bölmələrinin rəhbərləri dinləyib və onlara işə qəbulun xüsusi imtahanla həyata keçirildiyi izah olunub", - deyə o, qeyd edib.

Şərhlər

Ahıl 2022-04-30 13:42:15

Mənə bu yaşda anlaya bilmirəm ki, vətəndaşın gömrüyə nədən şikayəti ola bilər? Bir də ki, xüsusilə xaricdən geri qaytarılan məhsullar müqaviləsiz buraxılırsa, hansı əsasla və nə üçün?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol