Menu

Rusiya Odessa hava limanına raket zərbələri endirib - Dağıntılar var

30.04.2022, 20:52
Rusiya Odessa hava limanına raket zərbələri endirib - Dağıntılar var

Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol