Menu

Ukraynada hava hücumu zamanı Qırmızı Xaçın ofisi zədələnib

30.04.2022, 22:57
Ukraynada hava hücumu zamanı Qırmızı Xaçın ofisi zədələnib

Ukraynanın Donetsk vilayətinin Dobropolye şəhərinə hava zərbəsi nəticəsində Qırmızı Xaçın ofisi zədələnib.

APA-nın “Reuters“ə istinadla xəbərinə görə, bombardman zamanı 6 yaşayış binasına da ciddi ziyan dəyib.

Qırmızı Xaçın Tvitter səhifəsində yaydığı məlumatda göstərilir ki, fevralın 24-dən təşkilatın Ukraynadakı 8 ofisinə zərər dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol