Menu

BAKIDA ZAVODDA PARTLAYIŞ - Xəsarət alan var

01.05.2022, 09:30
BAKIDA ZAVODDA PARTLAYIŞ - Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

rabitəçi 2022-05-01 21:33:39

FHN -nin yerlərdəki nümayəndələri obyektlərdə reydlər keçirmir.... Şəki Poçtunun zirzəmisindən çayçı kimi istifadə edilir, özüdə Qaz balonundan istifadə edirlər.. Dövlətin stratejli obyektindən çayçı kimi istifadə olunması olduqca təhlükəlidir və bu təhlükənin qarşısı vaxtında alınmalıdır ?

Cəmşid Dərələyəzli 2022-05-01 13:50:25

Fövqalədə hallar nazirliyinin, təhlükəsizliklə bağlı vövqalədə "reydlərinin yoxlama və nəzarətinin" partlama göstəriciləri.

Vətəndaş 2022-05-01 12:12:07

RUS DEYƏSƏN BİZƏ DƏ ÖZ ÇİRKİN ƏMMƏLLƏRİNƏ İŞƏ SALIB. HƏMİŞƏ BİZƏ DÜŞMƏN OLUB. RUSA İNANANIN KİMLİYİNDƏN ASILI OLARAQ AĞLI YOXDUR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol