Menu

Neft son dörd ilin ən aşağı qiymətini görüb

05.11.2014, 09:38

dunya neft oilDünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının neftin qiymətində yeni tənzimləməyə getməsi neft bazarını təsir edib.

Belə ki, Səudiyyə Ərəbistanı Asiyaya satılan neftin qiymətini bahalaşdırıb, ABŞ-a satılan neftin qiymətində isə endirim edib.

Səudiyyə Ərəbistanının gözlənilməz şəkildə ABŞ-a satdığı neftin qiymətini aşağı salması ilə ABŞ xam neftinin qiyməti 76,58 dolları görərək Oktyabr 2011-dən bu yana ən aşağı səviyyəsinə geriləyib.

Brent nefti də 82,08 dollarla Oktyabr 2010-dan bu yana ən aşağı səviyyəyə enib. ABŞ xam nefti ilə Brent neft arasındakı qiymət fərqi 6 dollar ətrafındadır.

Səudiyyə Ərəbistanının bu qərarı neft qiymətlərinin daha da düşməsinin önünü açıb, həmçinin ABŞ-ın enerji istehsalçıları üzərində təzyiqi artırıb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol