Menu

Zelenski Kiyevdə Konqresin Nümayəndələr Palatasının spikeri ilə görüşüb

01.05.2022, 10:27
Zelenski Kiyevdə Konqresin Nümayəndələr Palatasının spikeri ilə görüşüb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın paytaxtı Kiyevə gedib

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində bildirib.

“Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş. ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyiniz köməyə görə sizə təşəkkür edirik!”, - Ukrayna lideri paylaşımında qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol