Menu

“Rusiyaya çoxlu sayda yaralılar və ölülər gedir” - Arestoviç

02.05.2022, 00:17
“Rusiyaya çoxlu sayda yaralılar və ölülər gedir” - Arestoviç

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rus işğalçıların Ukraynadakı böyük itkilərindən danışıb. O, bildirib ki, itkilər canlı qüvvə və texnika sarıdandır.

Bu barədə o, YouTube-kanalında Feyqin LİVE-ə müsahibəsində danışıb.

Arestoviçin sözlərinə görə, artıq 4 gündür ki, Rusiya ordusunun Ukrayna ərazisinə hərəkəti görsənmir.

«Xüsusilə, başlıca zərbə istiqamətində - İzyum istiqamətində. Geriyə çoxlu miqdarda vurulmuş texnika, yaralılar və ölülər gətirilir. Ölülər lap çoxdur» - Arestoviç qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol