Menu

"Lavrov rus elitasındakı antisemitizmini gizlədə bilmədi" - Kuleba

02.05.2022, 15:36
"Lavrov rus elitasındakı antisemitizmini gizlədə bilmədi" - Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də bildirib.

"Xarici işlər naziri Lavrov rus elitasında kök salmış antisemitizmi gizlədə bilmədi. Onun mənfur ifadələri prezident Zelenskiyə, Ukraynaya, İsrailə və yəhudi xalqına qarşı təhqirdir. Daha geniş mənada isə onlar nümayiş etdirirlər ki, bugünkü Rusiya başqa xalqlara qarşı nifrətlə doludur", - ukraynalı nazir deyib

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. "Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”, - Lavrov əlavə edib.

Şərhlər

ukraynalı! 2022-05-02 18:25:37

kalantaryana belə demək olar: adımı sənə qoyum, səni də qoyum yana-yana!

Eli 2022-05-02 16:26:33

Hitler Putinden de ,Lavrov ve onların etrafından ağıllı olub ve en azından öz xalqının düşmeni olmayıb,bunlar ise ne etdiklerini anlamayan bir toplumdğr ki bütün dünyaya nifret besleyib özlerinden balqa heç kimi qebul etmirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol