Menu

RUSİYA MÜHARİBƏDƏ İKİNCİ CƏBHƏ AÇIR - Kreml artıq qərarını verib

02.05.2022, 21:00
RUSİYA MÜHARİBƏDƏ İKİNCİ CƏBHƏ AÇIR - Kreml artıq qərarını verib

Kreml Moldovaya hücumla bağlı qərarını verib. Rusiya müharibədə yeni cəbhə açaraq, Ukraynanın Odessa şəhərini daim təhdid altında saxlamağa çalışacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb. Məlumatı verən mənbənin fikrincə, Rusiya yaxın günlərdə 3000-dən artıq hərbçi ilə Moldovaya hücum etməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, Rusiya xüsusi xidmət orqanları Moldovada kütləvi etirazları və iğtişaşları qızışdırmaq da daxil olmaqla bir neçə mümkün variantı nəzərdən keçirir.

Qəzet yazır ki, Rusiya qondarma "Dnestryanı Moldova Respublikası"nın müstəqilliyini tanıyaraq, bu əraziləri işğal etməyi planlaşdırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol