Menu

Yeni Zelandiya 170 rusiyalı senatora və 6 rus şirkətinə sanksiya tətbiq edib

02.05.2022, 22:23
Yeni Zelandiya 170 rusiyalı senatora və 6 rus şirkətinə sanksiya tətbiq edib

Yeni Zelandiya hökuməti Ukraynaya təcavüzü əsas gətirərək 170 rusiyalı senatora və 6 rusşirkətinə yeni sanksiya tətbiq etdiyini elan edib. Bu barədə TASS agentliyinə XİN başçısı Nanaiya Maxuta bildirib.

Barəsində sanksiya tətbiq edilmiş Rusiya vətəndaşlarının ümumi sayı 400 nəfəri keçib. Şirkətlərin sayı isə göstərilmir.

Bundan əvvəl Yeni Zelandiya Rusiyanın 18 maliyyə müəsssəsinə sanksiya tətbiq edib. Siyahıya Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-Bank”, «Rossiya» və «Otkrıtiya» bankları, Qara Dəniz İnkişaf və Kontruksiya Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Genbank”, İndustrial Əmanət Bankı, “Novikombank”, “Rosselxozbank”, Rusiya Milli Kommesiya Bankı, Əmanət bankı, “Sovkombank”, SMP bank, “Vneşekonmbank” və VTB daxildir.

“AzPolitika.info”

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol