Menu

"Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür" - Ukrayna kəşfiyyatı

03.05.2022, 13:43
"Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür" - Ukrayna kəşfiyyatı

“Rusiya Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin ərazilərin ilhaqı və sonradan iqtisadi inteqrasiya planının hazırlanması planlaşdırılır.

“Bunun üçün 2030-cu ilə qədər müddət ayırılıb. Üzərlərində “Rusiya”, “Donbas Respublikası”, “Mariupol”, “hərbi-mülki administrasiya” sözləri yazılmış möhürlər hazırlanır”, - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol